29 noyabr 2012 00:39

“Azərbaycandakı karyeram mənim gözümü açdı”

“Qəbələ”nin sabiq qapıçısı, şotlandiyalı futbolçu Qrem Smit ölkəmizdə keçirdiyi günləri xatırlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə bir sıra maraqlı açıqlamalar verib:

“Azərbaycandakı karyeram mənim gözümü açdı. Mən ora Şotlandiya futbolundakından daha yaxşı təcrübə toplamaq üçün getmişdim. Lakin bu ölkədəki çıxışım mənə bəzi şeyləri yaxşıca başa saldı. Başa düşdüm ki, bizim klublarımız öz kiçiç büdcələri ilə necə yaxşı və faydalı iş görürlər. Azərbaycan komandaları oyunlarına gələn azarkeşlərinin sayına görə öyünə bilməzlər. Çünki futbol bu ölkədə əsas idman növü sayılmır. Amma onların çoxlu pulları var”.
 
Qrem Smit hətta Şotlandiya və Azərbaycan klubları arasında müqayisə də aparıb: “Azərbaycandakı ən yaxşı büdcəyə malik klubun pulu Şotlandiya Premyer Liqasındakı komandaların büdcəsindən 10-15 dəfə böyükdü”.
 
Ölkəmizdə çıxış etmiş futbolçu daha sonra bunları dilə gətirib: “Klub rəhbərləri xərclərə səxavətlidirlər. Klublara həmçinin dövlət tərəfindən də diqqət ayırırlar. Bu yolla onlar özlərində futbol qurmağa çalışırlar. Buna görə də mən komandalarımızn düşdüyü şəraitdə mövcudluq mübarizəsinə təəccüb edirəm. Hadisələrin belə gedişi kimlərinsə xoşuna gəlməyə bilər, ancaq Azərbaycanda hər şeyə başqa gözlə baxmağa öyrənmişəm və hamıya da bunu arzu edirəm”.

Maraq üçün qeyd edək ki, “Rangers”, “Ross County”, “Motherwell”, “Brighton & Hove Albion”, “Hibernian” kimi klublarda çıxış etmiş Smit “Qəbələ”yə 2011-12 mövsümündə Toni Adamsın istəyi ilə gətirilmişdi. Amma sabiq baş məşqçinin gedişindən sonra o da cəmi dörd aylıq Azərbaycan karyerasının ardından vətəninə qayıtdı. Hazırda “Partick Thistle” klubunda çıxış edən qapıçı keçmiş komandasını da xatırlayıb:

“Qəbələ kənddi. Komandanın məşqləri zamanı meydançanın kənarında inəklərin necə otladığını görmək olurdu. Əlbəttə, bu, Edinburq deyildi. Amma bu da həzz aldığım təcrübələrdən biri idi”.
 
“Bizim komandamızda müxtəlif millətlərdən fərqli inanclara sahib futbolçular çıxış edirdilər. Amma onların təxminən yarısı müsəlmanlar idilər. Onlar müəyyən saatlarda ibadətlə məşğul olurdular və biz hamımız buna hörmətlə yanaşırdıq. Bəziləri oyundan öncə paltardəyişmə otağında ibadət edirdi. Onlar da digərlərindən hörmət görürdülər. Mən orda mədəni şok keçirmədim. İngilis dili komandada ikinci danışıq diliydi. Həm də komandamızın tərcüməçisi var idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.