29 noyabr 2012 00:46
Avropa Liqasında təxirə salınmış oyunu Athletic qazandı
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turundan təxirə salınan “Hapoel” (Kiryat Şmona, İsrail) – “Athletic” (İspaniya) matçı nəhayət ki, baş tutub. Azerisport.az xəbər verir ki, İ qrupu çərçivəsində keçirilən oyunda qonaqlar qələbəyə sevinən tərəf olublar.
Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Bilbao təmsilçisi ikinci hissədə daha bir dəfə fərqlənməklə görüşdən qalib ayrılıb - 2:0. Beləcə, Avroliqadakı ilk qələbəsini qazanan "Athletic" 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Hapoel" isə 2 xalla turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.
Xatırladaq ki, "Hapoel" - "Athletiv" matçı noyabrın 22-də keçirilməli idi. Lakin həmin vaxt İsraildə avtomobil terminalında güclü partlayışın baş verməsi bu matçın təxirə salınmasına səbəb olmuşdu.
Avropa Liqası
İ qrupu
28 noyabr
Hapoel – Athletic – 0:2
Qollar: Lyorente, 34, Tokero, 76.
| 1 | O. Lion | 5 | 4 | 1 | 0 | 12 | 8 | +4 | 13 |
| 2 | Sparta | 5 | 2 | 2 | 1 | 9 | 6 | +3 | 8 |
| 3 | Athletic | 5 | 1 | 1 | 3 | 7 | 9 | –2 | 4 |
| 4 | Hapoel | 5 | 0 | 2 | 3 | 6 | 11 | –5 | 2 |
