29 noyabr 2012 01:32
Olimpiklərin duelindən Lion qalib çıxdı və zirvəyə yüksəldi
Futbol üzrə Fransa çempionatında əvvəlki turlardan təxirə salınmış bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, kifayət qədər maraqla gözlənilən oyunda Marsel və Lionun eyni adlı klubları - “Olympique” üz-üzə gəlib.
Qarşılaşma Marseldə keçirilsə də, sözügedən komanda bu üstünlüyündən yararlana bilməyib. Əksinə lionlular bu rəqibini səfərdə darmadağınla məğlub ediblər.
Bu parlaq qələbə sayəsində turnir cədvəlində Marseldən olan adaşını qabaqlayan Lionun “Olympique” klubu eyni zamanda zirvəyə yüksəlib.
Fransa, Liqa 1
28 noyabr
Oympique (Marsel) – Oympique (Lion) – 1:4
Qollar: Remi, 77 – Qomis, 3-pen; 34; 72, Malbrank, 48.
| 1 | O. Lion | 14 | 8 | 4 | 2 | 27 | 15 | +12 | 28 |
| 2 | Paris Saint Germain | 14 | 7 | 5 | 2 | 23 | 10 | +13 | 26 |
| 3 | O. Marsel | 14 | 8 | 2 | 4 | 18 | 15 | +3 | 26 |
| 4 | Saint Etienne | 14 | 7 | 4 | 3 | 24 | 10 | +14 | 25 |
| 5 | Bordeaux | 14 | 6 | 6 | 2 | 18 | 11 | +7 | 24 |
| 6 | Valenciennes | 14 | 6 | 4 | 4 | 27 | 16 | +11 | 22 |
| 7 | Toulouse | 14 | 6 | 4 | 4 | 23 | 16 | +7 | 22 |
| 8 | Rennes | 14 | 7 | 1 | 6 | 18 | 17 | +1 | 22 |
| 9 | Lille | 14 | 5 | 5 | 4 | 16 | 15 | +1 | 20 |
| 10 | Nice | 14 | 4 | 7 | 3 | 19 | 19 | 0 | 19 |
| 11 | Lorient | 14 | 4 | 6 | 4 | 22 | 27 | –5 | 18 |
| 12 | Montpellier | 14 | 4 | 5 | 5 | 19 | 18 | +1 | 17 |
| 13 | Brest | 14 | 5 | 2 | 7 | 14 | 18 | –4 | 17 |
| 14 | Bastia | 14 | 5 | 2 | 7 | 21 | 33 | –12 | 17 |
| 15 | Reims | 14 | 4 | 4 | 6 | 13 | 14 | –1 | 16 |
| 16 | Ajaccio | 14 | 4 | 5 | 5 | 15 | 19 | –4 | 15 |
| 17 | Evian | 14 | 4 | 3 | 7 | 16 | 22 | –6 | 15 |
| 18 | Sochaux | 14 | 4 | 2 | 8 | 13 | 20 | –7 | 14 |
| 19 | Troyes | 14 | 1 | 5 | 8 | 14 | 29 | –15 | 8 |
| 20 | Nancy | 14 | 1 | 4 | 9 | 9 | 25 | –16 | 7 |
