28 noyabr 2012 13:45
Cahangir Həsənzadə: Mənə ikinci altılıqda çıxış etmək çox ağırdı
AZAL-ın qapıçısı Cahangir Həsənzadə Topaz Premyer Liqasının 14-cü turunun “Sumqayıt”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Sumqayıt”la oyundakı uğursuzluğun səbəbi nədi?
- Mən deməzdim ki, biz çox pis oynadıq. Sadəcə, erkən buraxılan qol planlarımıza təsirsiz ötüşmədi. Düzdü, biz dərhal bu qola cavab verə bildik. Amma görünür həmin qol bizi psixoloji cəhətdən sındırdı.

- Turnir cədvəlindəki vəziyyətiniz getdikcə pisə doğru dəyişir...
- Biz bu oyunda iki xal itirmək istəmirdik. Amma digər tərəfdən hansı komandada işlər plan üzrə gedir ki? Hamı xal itirir.
- 9-cu pillə yəqin ki, planlaşdırdığınız yer deyil?
- Həqiqətən də elədi. Çünki biz mövsümə çox yaxşı başlamışdıq. Bunun davamını gətirə bilmədik. Amma hələ heç nə itirilməyib. Mübarizəmizi davam etdirəcəyik. İlk altılığa düşmək üçün səkkis komanda mübarizə aparır. Biz də onlardan biriyik. Dörd tur öncə hər şey fərqli idi. Dörd turdan sonra yenə hər şeyi öz xeyrimizə dəyişə bilərik.

- AZAL-da nə problem var ki, hər şey pisə doğru gedir?
- Bizdə heç bir problem yoxdu. Sadəcə, mövsümün əvvəlində sərgilədiyimiz futbolu indi göstərə bilmirik. Xırda səhvlər hər oyunda öz sözünü deyir. Öz imkanlarımızdan aşağı çıxış edirik. İtiriləsi heç nəyimiz yoxdu. Oynamaq lazımdı. İstəməzdim ki, ötən mövsüm olduğu kimi, yenə ilk altılıqdan kənarda qalaq.

- Bəs ilk altılığa düşə bilməsəz necə olacaq?
- Bu, artıq rəhbərliyə ünvanlanası sualdı. Şəxsən mənə bir futbolçu kimi ikinci altılıqda çıxış etmək çox ağırdı. Heç bir iddiası olmayan oyunlara çıxmaq çətin olur.

- İlk altılığa düşə bilməsəz, avrokuboklara vəsiqə qazanmaq üçün kubokda da şansınızı sınamaq imkanınız var...
- Kubokda uğurlu çıxış komandanın əsas hədəflərindən biridi. Əgər “Simurq”a qalib gəlsək, kubokdakı hədəflərimiz də artmış olar. Turnir cədvəlinə baxmıram. Çünki bu, müvəqqətidi. Zaqatala klubu ilə oynamışıq və heç-heçə qeydə alınıb. Bu dəfə öz meydanımızda oynadığımız üçün mütləq qələbə qazanmağa çalışacağıq.