28 noyabr 2012 14:55
Yığma komanda baş məşqçisiz qaldı
Braziliyanın əfsanəvi oyunçularından olan, bir ilə yaxındır İraq milli komandasının baş məşqçisi işləyən Artur Ziko bu vəzifəsindən istefa verib. Azerisport.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Braziliyalı mütəxəssis istefasına səbəb kimi İraq Futbol Federasiyasının maddi öhdəlikləri yerinə yetirməməsini göstərib.
Qeyd edək ki, Ziko 2011-ci ildən İraq milli komandasında çalışırdı. Bu vaxt ərzində onun komandası 21 qarşılaşmada 10 qalibiyyət, 6 bərabərlik və 5 dəfə məğlubiyyətlə üzləşib.
