28 noyabr 2012 15:29
İdman ləvazimatı və geyim sərgisi keçirilib (FOTOREPORTAJ)
“ITE Group PLC”nin Qafqazdakı tərəfdaşı “İteca Caspian” MMC-nin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi” və “Gənclər təşkilatlarının IV Respublika sərgisi”nin rəsmi açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov və “İTE Group” şirkətinin icraçı direktoru Eduard Strun çıxış edərək, ölkəmizdə idmanın inkişafına diqqətin artırılması və infrastrukturunun genişlənməsinə sərmayələrin yönəldilməsi baxımından sərginin xüsusi əhəmiyyət kəsb edəcəyini bildiriblər.
Sərgidə digər idman federasiyaları ilə yanaşı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da idman geyimlərini nümayiş etdirib. Sərgi noyabrın 30-dək davam edəcək.
Qeyd: Respublika Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olub.
