28 noyabr 2012 16:25
Mahmud Qurbanov: Bizə lider lazımdı
Kəpəzin baş məşqçisi Mahmud Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı komandasının doğma meydanda 0:2 hesabıyla uduzduğu görüşdən sonra bunları dilə gətirib:
“Kubok mücadiləsi bir oyundan ibarətdi. Öz meydanımızda oynamağımız üstünlüyümüz idi. “Qarabağ” topu özündə saxlamağı xoşlayan komandadır. 90 dəqiqə bərabər oyun getdi, təəssüf ki, əlavə vaxtda məğlub olduq. “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi öz sözünü dedi. Komandanın oyunundan, mübarizə ruhundan razıyam. Komandanı qışda gücləndirmək lazımdır, bizə oyunun gedişini dəyişə biləcək oyunçular, lider lazımdır”.
