28 noyabr 2012 16:34
Qurban Qurbanov: Mövsüm ərzində ən çox güc sərf etdiyimiz oyun oldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı komandasının səfərdə 2:0 hesabıyla qalib gəldiyi görüşdən sonra bunları dilə gətirib:
“Kubok oyunları çempionat oyunlarından həmişə fərqlənir. Oyuna ciddi hazırlaşmışdıq, lakin bu cür meydanda nə biz, nə də “Kəpəz” yaxşı oyun göstərə bildi. Bu mövsüm ərzində ən çox güc sərf etdiyimiz oyun oldu. Meydança ağır idi, lakin qalib gəldik. İrəlidə bizi “Neftçi” ilə çətin oyun gözləyir”.
