29 noyabr 2012 17:25
Rasim Ramaldanov da Denizlispora gedir?
“Simurq”un prezidenti Anar Bəkirov komandanın kapitanı Rasim Ramaldanovun başqa kluba keçmək ehtimalı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məncə futbolçu öz karyerası, bu günü və sabahı haqda ilk növbədə özü düşünməlidi. Biz Ramaldanovun gələcəyi ilə bağlı danışıqlar aparmağa hazırıq. Amma söhbət burda Türkiyə Super Liqa klublarından gedir. Lakin mənə elə gəlir ki, Rasim başqa kluba keçmək haqda düşünməməlidi. Əgər sənin komandan çempionatda liderdisə, niyə həmin klubdan ayrılmalısan”?

Qeyd edək ki, ölkəmizdə səfərdə olan Türkiyənin “Denizlispor” klubunun rəsmiləri ötən gün “Simurq”un AZAL ilə səfər matçını da canlı izləyiblər. Onların maraq göstərdiyi futbolçular arasında Ramaldanovun da olduğu bildirilir.