29 noyabr 2012 17:48
AFFA-nın baş katibi: Birlik Kubokunu bərpa etmək pis olmazdı
AFFA-nın baş katibi Elxan Məmmədov MDB ölkələrinin klubları arasında yeni çempionatın təşkil olunması ideyasına münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, yaxşı ideyadı. Bir neçə il öncə AFFA rəhbərliyi ilə Rusiya Futbol İttifaqı arasındakı görüşdə biz Birlik Kubokunun formatını daha da yaxşılaşdırmaq ideyası ilə çıxış etmişdik. Biz istəyirdik ki, Birlik Kubokunda bütün MDB, Baltikyanı ölkə çempionları iştirak etsin. Özü də ikinci, üçüncü pillələri tutmuş komandalar yox, sadəcə çempionlar olmaq şərtilə. Lakin təəssüf ki, bu turnir artıq keçirilmir. Lakin onu yenidən bərpa etmək imkanı var. Birlik Kuboku lazımlı turnir idi. Bu turnirin oyunlarına FİFA və UEFA prezidentləri də təşrif buyururdular. MDB ölkə çempionlarının turnirinə gəlincə, bu, yaxşı olardı. Lakin bunun üçün boş vaxt tapmaq lazımdı. Çünki Rusiyanın, Ukraynanın ən yaxşı klubları, eləcə də Belarus BATE-si daim avrokuboklarda çıxış edir. Bu mövsüm onlara Azərbaycan çempionu “Neftçi” də qoşulub. Ona görə də boş vaxt tapmaq çox çətin olacaq”.