29 noyabr 2012 17:57
Neftçinin Milan proqramı müəyyənləşdi
Azərbaycan çempionu “Neftçi”nin Milana səfər proqramı bəlli olub. Azerisport.az xəbər verir ki, komandamız Milana dekabrın 5-də səhər saatlarınlda yollanacaq.
Həmin gün Bakı vaxtı ilə saat 21:30-da baş məşqçi Böyükağa Hacıyev mətbuat konfransı keçirəcək. 22:00-da isə komanda məşhur “Cüzeppe Meatsa” (San Siro) stadionunda məşq edəcək.
Qeyd edək ki, “İnter” – “Milan” matçı dekabrın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
