29 noyabr 2012 18:23

Orxan Əliyev: Üzərimdə daha çox işləməliyəm

“Sumqayıt”ın hücumçusu Orxan Əliyev azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Porto”ya keçməkdən niyə imtina etdiniz?
- Fikrimcə, hazırda mənim üçün Azərbaycan Premyer Liqasında çıxış etmək daha yaxşı variantdı. Mənimlə digər Avropa klubları da maraqlanır. Amma indi bu haqda danışmaq istəməzdim. Böyük ehtimalla karyeramı yenə “Sumqayıt”da davam etdirəcəyəm. Mən “Porto B” komandasında oynamaq istəyirdim. Amma onlar U-19 komandasında çıxış etməyi təklif etdilər. Mən də bununla razılaşa bilməzdim. Bu, onların qərarıdı və buna hörmətlə yanaşmağa borcluyam. Mümkündü ki, müəyyən vaxtdan sonra biz yenidən “Porto” variantına qayıdaq. Hər şey Portuqaliya klubundan asılıdı.
 
- Bu komandanın bazasındakı məşqləriniz necə keçirdi?
- “Porto”nun düşərgəsindəki məşqlər çox xoşuma gəlirdi. Bu, Avropanın ən yaxşı klublarından biridi. Hər şey peşəkar səviyyədə qurulub. Portudakı bir neçə gün ərzində çox şey öyrəndim. Futbolçularla münasibət, məşqlər çox xoşuma gəldi. Şərait sadəcə fantastik idi. Əsas və ya əvəzedici heyətlə məşq etməyin fərqi yoxdu. Çünki hamısında eyni sistemlə məşq tətbiq olunur.
 
- Sizdən başqa da baxışda olan futbolçular var idi?
- Mənimlə yanaşı “Porto B” komandasında başqa əcnəbi futbolçular da çıxış edirdilər. Amma onların hardan gəldiyini bilmirəm. Hamısı komandada qalmağı çox istəyirdilər.
 
- Onlarla hansı dildə danışırdınız?
- Bu mənada problemim var idi. Nəyisə başa salmaq üçün tez-tez tərcüməçiyə müraciət etməli olurdum. Məşqlərdə problemlə üzləşmirdim. Çünki məşq zamanı hər şeyi başa düşmək olur. Orda başa düşdüm ki, ingilis dilini öyrənmək lazımdı.
 
- Siz Azərbaycan çempionatında oynamağı Portuqaliyanın gənclər çempionatında çıxışdan üstün sayırsız?
- Mən hələ o səviyyədə deyiləm ki, əsas komandada oynamağı tələb edim. Mənə elə gəlir ki, məşqçilər məndən razı qalmışdılar və “Porto B” komandasında oynamağıma şərait yarada bilərdilər. Amma son anda bildirdilər ki, məni U-19-da görmək istəyirlər. Bu da məni qane etmədi?

- Sizin başqa variantlarınız var?
- Mənə dedilər ki, “Ajax” da hazırda xidmətimdə maraqlıdı. Bakıya yenicə qayıtmışam. Çox yorğunam. Bir qədər istirahət edib, məşqləri bərpa etmək istəyirəm. Mən məşq etməli və öz üzərimdə daha çox çalışmalıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.