29 noyabr 2012 18:31
Kəpəz Turanla oyunun hazırlıqlarına dərhal başladı
“Qarabağ”la kubok oyunundan sonra “Kəpəz” bu gün məşqə çıxıb. Lakin azerisport.az xəbər verir ki, komanda hec də bütün heyətlə meydana çıxmayıb.
Ağdam klubu ilə matçda oynamış futbolçulara baş məşqçi Mahmud Qurbanov dincəlmək imkanı yaradıb.
İstirahətdən sabah qayıdacaq oyunçular “Kəpəz”ə qoşulub, hazırlıq prosesinə qatılacaqlar.
