29 noyabr 2012 19:02
Braziliya yığmasının yeni baş məşqçisi müəyyənləşdi
Futbol üzrə Braziliya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası milli komandanın sükanını tanış simaya həvalə edib.
Belə ki, Luis Felipe Skolari yenidən Braziliya yığmasının baş məşqçisi təyin olunub. O, bu postda bir neçə gün əvvəl istefaya göndərilən Mano Menezesi əvəzləyib.
Qeyd edək ki, bu Skolarinin yığmadakı ikinci işi olacaq. 2001-2002-ci illərdə milli komandaya başçılıq edən mütəxəssis dünya çempionu olub. 64 yaşlı baş məşqçi həmçinin Küveyt və Portuqaliya yığmalarını, “Palmeyras”, “Kruzeyro”, “Çelsi” və başqa klubları çalışdırıb.
