29 noyabr 2012 11:26
Georgi Popxadze: Turnir cədvəlinə baxmıram
“Bakı”nın müdafiəçisi Georgi Popxadze Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş “Sumqayıt”la oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Sumqayıt”la oyun haqda nə deyə bilərsiz?
- Biz qarşımıza növbəti mərhələyə adlamaq vəzifəsini qoymuşduq. Buna da nail olduq. “Sumqayıt” yaxşı komandadı. Onların bizə qarşı əsas heyətlə oynayıb-oynamadığını bilmirəm. Amma özlərini yaxşı tərəfdən göstərməyi bacardılar.

- Birinci hissədə “Bakı” daha fəal təsir bağışlayırdısa, ikinci hissədə rəqib daha çox hücum etməyə başladı. Belə dəyişikliyə nə səbəb oldu?
- Burda bəzi məqamlar var. Birincisi, hesab artıq 3:0 xeyrimizə idi. Bu, təbii ki, komandamızı sakitləşdirməyə bilməzdi. İkincisi, “Neftçi” ilə ağır oyundan sonra yorğunluq var idi. Həmin oyun çox gərgin keçmişdi. Hələ hakimliyi demirəm.

- Yeri gəlmişkən, həmin oyundan sonra hakimlikdən çox narazı idiniz. Sizcə, hakimin qərarları nəticəyə nə dərəcədə təsir göstərdi?
- Mən futbolçuyam. Hakimlik haqda danışa bilmərəm. İstəmirəm də. Amma onu deməliyəm ki, “Neftçi” ilə oyunumuz elə pis idarə olunmasaydı, biz uduzmazdıq. Penalti təyin etdi, oyunçumuzu meydandan qovdu... Qarşıdakı oyunlara hazırlaşmaq lazımdı. Qələbələrimizin sayını artırmalıyıq.

- Qarşıda “Bakı”nı “Qəbələ” ilə oyun gözləyir...
- Yenə də deyirəm, qələbə qazanmaq lazımdı. Təkcə bu oyunda yox, digərlərində də. Artıq xal qazanmaq vaxtıdı.
- Son pillələrdə getdiyinizi nəzərə alsaq, ilk altılığa düşmək şanslarınızı necə qiymətləndirirsiz?
- Əlbəttə, bu, çox çətin olacaq. Amma düzünə qalsa, mən turnir cədvəlinə baxmıram. Bu, daha pis təsir edir. Lakin bir şeyi də nəzərə almaq lazımdı ki, hələ ehtiyatda iki oyunumuz da var. “Bakı”nın şansı qalır. Odu ki, mövqeyimizi yaxşılaşdıra bilərik.
- Uzun müddət idi əsas heyətə düşə bilmirdiniz. Bunun səbəbi nə idi?
- Bu, baş məşqçinin qərarı idi. Bu haqda nəsə deyə bilmərəm. Məşq edirdim, çalışırdım. Əsas heyətdə kimi oynatmaq haqda qərarı isə baş məşqçi qəbul edir.