29 noyabr 2012 11:54
Rəşad Sadıqov da Railin yanına gedir?
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun Türkiyənin “Denizlispor” klubuna keçəcəyinə dair xəbərlər yayılıb. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Amma çox güman ki, onlar bu informasiyanı səhvən yayıblar. Çünki hazırda sözügedən komandanın maraq dairəsində olan futbolçumuz “Neftçi”nin kapitanı Rəşad Sadiqovdu. Türklər isə demək olar ki, oxşar ad, soyada malik futbolçularımızı fərqləndirə bilmədiklərinə görə, “Qarabağ”ın futbolçusunu yazıblar.
Maraq üçün qeyd edək ki, “Denizlispor” Sadiqovla yanaşı Premyer Liqamızda çıxış edən futbolçulardan Zohair Benuahi (AZAL) və Salif Ballonun (Turan) da xidmətində maraqlıdılar. Klub rəsmiləri Bakıya səfərləri zamanı “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovu da bəyəniblər.
