29 noyabr 2012 12:18
Rəşad Sadıqov Denizlispor xəbərlərini təkzib etdi
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Türkiyənin “Denizlispor” klubuna keçəcəyinə dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunu təkzib edib:
“Mənimlə Türkiyə klublarından heç biri əlaqə saxlamayıb. Ümumiyyətlə, inanmıram ki, belə bir variant baş tutsun”.
“Mənimlə Türkiyə klublarından heç biri əlaqə saxlamayıb. Ümumiyyətlə, inanmıram ki, belə bir variant baş tutsun”.
