30 noyabr 2012 00:18
Azərbaycanın rəqibi Malta ilə qarşılaşacaq
Futbol üzrə Şimali İrlandiya yığması özünə yeni rəqib tapıb. Azerisport.az xəbər verir ki, britaniyalılar Malta yığması ilə qarşılaşacaqlar.
Maykl O`Nilin yetirmələri bu rəqiblə səfərdə qarşılaşmalı olacaq. Qarşılaşma fevralın 6-da Maltadakı “Ta`Kali” stadionunda baş tutacaq.
Qeyd edək ki, Şimali İrlandiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindəndi.
