29 noyabr 2012 13:06

Rəşad Sadıqov: Türkiyənin Birinci Liqası Premyer Liqamızdan daha güclüdü

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasının çempionatdakı və kubokdakı çıxışını şərh edib, eləcə də Türkiyənin “Denizlispor” klubuna keçidi barədə yayılan xəbərlər münasibət bildirib.
 
- “Qarabağ”ın “Kəpəz”lə kubok oyunu çox çətin alındı...
- Hə, çempionat oyunumuz da asan keçməmişdi. Demək olar ki, növbəti mərhələyə adlamaq üçün bütün gücümüzü qoymalı olduq. Çünki qolları da məhz əlavə vaxtda vurmağı bacardıq.

- Növbəti mərhələdə sizi “Qəbələ” ilə oyun gözləyir. Hansı ki, ötən mövsüm də məhz bu komanda ilə yollarınız kəsişmişdi...
- Ötən mövsüm biz onları məğlub etmişdik. Buna baxmayaraq, yenidən “Qəbələ”yə qarşı oynamağımızı istəməzdim. Bu komanda xüsusilə kubok oyunlarında çox təhlükəlidi.
 
- Müəyyən fasilədən sonra nəhayət bu görüşdə meydana çıxdınız...
- Çətin idi. Həm də öz mövqeyimdə oynamırdım. Baş məşqçi məni hücumçuların arxasında oynatmağa qərar verdi. Yəqin ki, komandanın qol vura bilməməsi onu belə addım atmağa məcbur etdi.
 
- Bu, sizdə necə alındı?
- Deməzdim ki, mən meydana çıxandan sonra oyunumuzda fenomenal dəyişiklik oldu. Amma hər şeyin pis alındığını da demək olmaz. Bu mövqedə ilk dəfə deyildi çıxış edirdim. Hərdən Qurban Qurbanov məni orta sahədə oynadır.
 
- Qarşıda sizi “Neftçi” ilə çempionat oyunu gözləyir. Həmin görüşdə start heyətdə oynaya biləcəksiz?
- Hələ bu haqda heç nə deyə bilmərəm. Qarşıda üç gün var. Bizi çətin oyun gözləyir. “Neftçi” kubok oyununda ehtiyat heyətdən yararlandı. Əsas futbolçuları istirahət edirdi. Biz isə tam heyətlə 120 dəqiqəlik ağır matç keçirdik. Bütövlükdə, “Neftçi” yaxşı futbol sərgiləyir. Komanda hazırda yaxşı formadadı. Çalışacağıq ki, onları digər komponentlərdə üstələyək.
 
- Bu oyun sizin üçün nə dərəcədə vacibdi?
- Bizim üçün hər oyun vacib əhəmiyyət daşıyır. Həm də “Neftçi” ilə oyunlarımız həmişə prinsipial xarakter daşıyır. Maraqlı oyun olacaq.
 
- Türkiyənin “Denizlispor” klubunun nümayəndələri bir neçə gündü Bakıda səfərdədilər və Elvin Məmmədov, Rəşad Sadiqov, eləcə də bir neçə legioner futbolçu ilə maraqlanırlar. Buna münasibətinizi bilmək istərdik...
- Əgər Məmmədovla Sadiqov Türkiyəyə yollansa, bu, həm onlar, həm də Azərbaycan futbolu üçün çox yaxşı olacaq.
 
- Deməli, siz futbolçularımızın Premyer Liqanı Birinci Liqaya dəyişməsinə razısız?
- Mən hesab edirəm ki, Türkiyənin Birinci Liqası Premyer Liqamızdan daha güclüdü. Orda daha yaxşı meydançalar var. Həm də oyunlara çoxlu azarkeş gəlir. Bütövlükdə, səviyyə çox yaxşıdı.
 
- Sizcə, futbolçularımızdan hansı Türkiyə klubunun heyətində özünə yer edə bilər?
- Belə futbolçularımız çoxdu. Amma mən onların Super Liqa klublarında oynamasını daha çox istərdim.
 
- Yeri gəlmişkən, “Denizlispor”un sizinlə də maraqlandığı bildirilir...
- Mən heç kim təklif ünvanlamayıb. Bu maraq barədə heç nə eşitməmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.