30 noyabr 2012 00:45
Asiyanın ən yaxşıları bəlli oldu
Asiya Futbol Konfederasiyası qitədə 2012-ci ilin ən yaxşı futbolçuları olaraq Li Keun-Ho və Şinji Kaqavanı seçib. Azerisport.az xəbər verir ki, AFK Kuala Lumpurda düzənlədiyi mükafatlandırma mərasimində Cənubi Koreya yığmasının üzvü Keun-Honu qitə daxilindəki ən yaxşı futbolçu olaraq fərqləndirib.
Yaponiya yığmasının və İngiltərənin “Manchester United” klubunun formasını geyən Kaqava isə qitə xaricindəki ən yaxşı asiyalı futbolçu seçilib.
Mərasimdə digər mükafatlar aşağıdakı şəkildə paylaşılıb:
İlinn ən yaxşı yığması - İran
Mərasimdə digər mükafatlar aşağıdakı şəkildə paylaşılıb:
İlinn ən yaxşı yığması - İran
İlin feyr-pley yığması - Qazaxıstan
İlin futzal yığması - Yaponiya
İlin klub komandası - Ulsan Hyundai
İlin ən yaxşı qadın futbolçusu - Aya Miyama
