30 noyabr 2012 01:50
2012-ci ilin ən yaxşı qolu adına 3 namizəd (VİDEO)
FİFA 2012-ci ilin ən yaxşı qolu adına son üç namizədin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, Puskasın adının verildiyi bu mükafatı qazanmağa son namizədlər Braziliya yığmasının və “Santos”un hücumçusu Neymar, Kolumbiya yığmasının və İspaniyanın “Atletico” klubunun forvardı Radamel Falkao, həmçinin Slovakiya yığmasının və Türkiyənin “Fenerbahce” klubunun oyunçusu Miroslav Stoxdu.
Qeyd edək ki, Stox ötən mövsüm baş tutan “Fenerbahce” – “Genclerbirligi” (6:1) matçında vurduğu qolla ilk üçlüyə daxil olmağı bacarıb. Neymar buna Lipertadores kubokunda keçirilən “Santos” – “Internacional” matçında vurduğu qolla nail olub. Falkao isə “America de Cali” ilə “Atletico” arasındakı yoldaşlıq matçındakı qolu ilə fərqlənməyi bacarıb.
İlin ən yaxşı qolunun müəllifi gələn il yanvarın 7-də açıqlanacaq.
