29 noyabr 2012 15:16

Orxan Əliyev Portonun təklifindən imtina etdi

Futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın forvardı Orxan Əliyev Portuqaliyanın “Porto” klubuna keçməkdən imtina edib. Azerisport.az xəbər verir ki, buna səbəb onun sözügedən klubun yeniyetmələrdən ibarət komandasında çıxış etmək istəməməsidi.
 
Eyni zamanda “Porto B” komandasının məşqçiləri də futbolçumuza lazımi diqqəti göstərməyiblər. Hansı ki, bu komanda Portuqaliyanın birinci divizionunda çıxış edir.

Bu məlumatı “Porto”nun skautlar departamentinin direktoru Joao Afonso da təsdiqləyib: “Bizim məşqçilər korpusumuz təxminən üç həftə ərzində bu futbolçunu baxışdan keçirdi. Biz onda potensial gördük. Lakin bu futbolçunun hazırki səviyyəsi “Porto B” üçün uyğun deyil. Buna görə də Orxana klubun 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış etməyi təklif etdik. Lakin o, bundan imtina etdi”.
 
Afonso onun imtinasına da münasibət bildirib: “Onun bu təklifimizdən imtinasını normal qəbul edirik. Orxanın bu qərarına hörmətlə yanaşırıq. Lakin başqa çıxış yolu yox idi. Mümkündü ki, bir il sonra biz yenidən bu məsələyə qayıdaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.