29 noyabr 2012 15:31
Portuqaliyalı futbol rəsmisi Bakının bazası ilə tanış oldu (VİDEO)
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan Portuqaliya yığması gələn ilin mart ayında keçiriləcək millimizlə görüşə indidən hazırlaşırlar. Azerisport.az xəbər verir ki, həmin qarşılaşma ərəfəsində məşq etmək üçün “Bakı”nın təlim-məşq bazasını seçən portəgizlər bu idman arenasını daha yaxından öyrənmək üçün ölkəmizə səfər edib.
Portuqaliya Futbol Federasiyasının rəsmisi Karlos Qodinyo baza ilə tanışlıqdan sonra fikirlərini də açıqlayıb.
Qeyd edək ki, Kristian Ronaldo və həmyerliləri “Bakı”nın bazasında martın 23-də və 24-də məşq edəcək. Martın 25-də baş tutacaq son hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna təsadüf edəcək. Azərbaycan – Portuqaliya matçı ayın 26-da keçiriləcək.
