29 noyabr 2012 15:58
Orxan Əliyev: Portonun U-19 komandasında oynamağa razı ola bilməzdim
Futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın forvardı Orxan Əliyev Portuqaliyanın “Porto” klubuna keçməkdən imtina etməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bəli, bu xəbər düzdü. Mən bu komandanın U-19-da çıxış etməkdən imtina etdim. Fikrimcə, hazırda ən düzgün variant elə Azərbaycan Premyer Liqasında çıxış etməkdi. Hər şey istənilən anda dəyişə bilər. Mənimlə digər xarici klublar da maraqlanırlar. Amma indi bu barədə danışmaq istəmirəm. Karyeramı “Sumqayıt”da davam etdirməyim daha inandırıcı görünür. Mən “Porto B” komandasında oynamaq istəyirdim. Lakin onlar başlanğıc üçün U-19-u təklif etdilər. Mən də bununla razılaşa bilməzdim”.