29 noyabr 2012 16:22
Aqil Nəbiyev AZAL-dan getdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Aqil Nəbiyev AZAL ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, cari mövsümdə əsas heyətdə çox nadir hallarda yer alan futbolçu klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.
Nəticədə tərəflər qarşılıqlı razılıq əsasında müqavilənin ləğvinə qərar veriblər. Belədə, Nəbiyev azad agent statusu alıb. Bu isə onun bundan sonra top qovacağı kluba pulsuz keçmək imkanı yaradır.
Qeyd edək ki, Nəbiyevin "Bakı"ya keçməsi gözlənilir.
