30 noyabr 2012 19:47
Emin İmaməliyev sağaldı
“Komandada futbolçuların durumu normaldı. Zədəli və xəstə olan oyunçular artıq məşqlərdə iştirak edirlər”. Azerisport.az xəbər verir ki, bu sözlər “Kəpəz”in həkimi Şıxəli Həsənova məxsusdu.
Lakin klubun tibbi personalının rəhbəri heç də bütün futbolçuların komanda ilə ümumi məşqlərə qatılmadığını bildirib: “Hərarəti olan və qripə yoluxan Emin İmaməliyevin xəstəliyi geridə qalıb. O, artıq tam sağlamdır və məşqlərdə iştirak edir. Yarımmüdafiəçidən fərqli, zədədən yeni qayıdan və hələlik bərpa dövrü keçən Xəyal Zeynalovla Elvin Həsənəliyev isə fərdi halda hazırlaşır. Onların müalicəsi düzgün aparılıb. Gələn həftədən digər komanda yoldaşları ilə birgə məşq edə biləcəklər”.
