30 noyabr 2012 11:24
Millimizin futbolçusu oynamadı, komandası məğlub oldu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” Moldova çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının 19-cu turu çərçivəsində “Daçiya” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də “Milsami” bu görüşdə ən azı bir xal qazanmağı hədəfləmişdi. Amma həmyerlimizin komandası bu istəyinə çata bilməyib.
Son oyunlarda iştirak etməyən Elhadın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, baş məşqçisi həmyerlimizə yenə şans verməyib.
Qeyd edək ki, hazırda “Milsami” 19 oyundan sonra 28 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Moldova çempionatı
18-ci tur
Daçiya - Milsami – 1:0
