30 noyabr 2012 11:37
13-cü tura bu gün start veriləcək
Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 13-cü turun bir oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Qusarda keçiriləcək.
Burda "Şahdağ" "Göyəzən"lə üz-üzə gələcək.
Maraq üçün qeyd edək ki, əslində 13-cü turun oyunları dekabrın 15-16-da keçiriləcək. Lakin PFL açıqlanmayan səbəblərə bu görüşü ertələyib.
Birinci Divizion
13-cü turun oyunu
30 noyabr (cümə)
"Şahdağ" - "Göyəzən"
Hakimlər: Tağı Əhmədov, Fuad Mehrəliyev, Qəzənfər Abbasov, Pərviz Bağırov
Hakim-inspektor: Namiq Qasımov
Ş.Orduxanov adına Qusar şəhər stadionu, 14:00
