30 noyabr 2012 11:56

Adrian Skarlatake: XL ilk altılığa düşməsə, bu, əsl faciə olar

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake Topaz Premyer Liqasının 15-ci turunun AZAL ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Öncə “Turan”la kubok oyununuzdan danışmağınızı istərdik...
- “Turan”a qarşı səfərdə oynamaq çox çətin idi. Lakin bizim üçün bu oyundakı əsas problem meydançanın durumu idi. Qazon çox pis vəziyyətdə idi. Belə qazonda oynamaq sadəcə mümkünsüz idi. Özü də “Xəzər Lənkəran” kimi yerlə, qısa ötürmələrlə oynamağa çalışan komanda üçün.
 
- Penalti seriyasını adətən “lotereya” adlandırırlar. Demək olar ki, bunda sizin bəxtiniz gətirdi?
- Biz qələbə qazanmağa çalışırdıq. Bəli, şans da bizdən yana idi. Lakin yenə də fikrimdə qalıram ki, oyun daha yaxşı meydançada keçirilsəydi, penaltilərə qədər gedib çıxmazdı. Bütövlükdə, oyuna nəzarət edən tərəf idik, qol epizodları yaradırdıq. “Turan” da yaxşı komandadı. Onlar bu mövsüm hər oyunda özlərini ən yaxşı tərəfdən göstərməyi bacarırlar.
 
- “Turan”ın qapıçısı ilə toqquşmadan sonra özünüzü necə hiss edirsiz?
- Çox ağrı var idi. Amma ciddi heç nə yoxdu. Sadəcə, kiçik zədə almışam.
 
- Növbəti mərhələdə sizi “Rəvan”la oyun gözləyir...
- “Rəvan”ı pis tanımırıq. Amma həmin oyuna qədər hələ çox vaxt var. Odu ki, o oyuna qədər çox şey baş verə bilər. İstənilən halda komandamız həmin qarşılaşmadan da qalib ayrılmağa çalışacaq.
 
- Qarşıda isə AZAL ilə çempionat oyunu var...
- Bizim heyətlə bağlı bəzi problemlərimiz var. Zədəlilər, cəzalılar... Fikrimcə, AZAL ilə görüşdə işimiz daha çətin olacaq. Çünki onlardan fərqli biz kubok oyununda 120 dəqiqə ərzində çoxlu güc sərf etmişik. Çalışacağıq növbəti 3 xalı qazanacaq. Axı hər şeyə rəğmən Lənkəranda keçirilən oyunlarda komandamız daha yaxşı çıxış edir.
 
- İlk altılığa düşmək şanslarınız haqda nə deyə bilərsiz?
- Hazırda bütün komandalar xal itirirlər. Turnir cədvəlinin üst və alt pillələri arasındakı fərqlər çox azdı. Ona görə də mümkün qədər çox xal toplamağa çalışırıq. Əgər ilk altılığa düşməsək, bu, əsl faciə olacaq. Burda hər şey aydındı.
 
- Yeni baş məşqçi ilə işləmək necədi?
- Əlbəttə, o, hələ komandada yenicə fəaliyyətə başlayıb. Belə az müddətdə nəyisə dəyişmək çətindi. Amma biz ona inanırıq. Əminəm ki, hər şey yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.