30 noyabr 2012 12:26
AFFA-dan qeyri-legitim yoldaşlıq oyunu ilə bağlı FİFA və UEFA-ya etiraz
Dağlıq Qarabağın separatçı rejimin futbol yığması Abxaziya yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Xankəndində baş tutan görüş ermənilərin qələbəsi ilə başa çatıb – 3:0.
Bu məsələ Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, AFFA dərhal sözügedən oyuna etiraz əlaməti olaraq FİFA və UEFA-ya müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Qarabağ Azərbaycan ərazisidi və Ermənistan tərəfindən işğal olunub. Bu üzdən də Dağlıq Qarabağın separatçı rejiminin belə bir oyun keçirməyə heç bir hüququ yoxdu.
