30 noyabr 2012 12:39
Turan – Xəzər Lənkəran: qollar və penalti seriyası (VİDEO)
Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Turan” – “Xəzər Lənkəran” oyunu bu mərhələnin ən dramatik qarşılaşmalarından biri oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmanın əvvəlində hesabı açan “Turan” son saniyələrdə təyin olunan penalti ilə üstünlüyünə əldən verdi. Həmin epizodda qapıçısı Andrey Popoviçi itirən meydan sahiblərinin heyətində hər üç əvəzetmə olduğundan qapıya sahə oyunçusu Ruslan Zubkov keçməli oldu. Əlavə edilmiş 30 dəqiqədə çərçivəni toxunulmaz saxlayan ukraynalı müdafiəçi penalti seriyasında komandasına kömək edə bilmədi və “Xəzər Lənkəran” ümumi hesabda 6:4 qalib gələrək 1/4 finala çıxdı. Həmin görüşün penalti seriyasından hazırlanmış videoreportajı təqdim edirik.
