1 dekabr 2012 00:54
Vaqif Sadıqov: XL-la matç AZAL üçün həlledici xarakter daşıyır
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 15-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “təyyarəçilər”in çalışdırıcısı Lənkəranda keçiriləcək qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Xəzər Lənkəran”la oyuna plan üzrə hazırlaşırıq. Bizim üçün bu oyun həlledici xarakter daşıyır. AZAL “Xəzər Lənkəran”ı turnir cədvəlində çox uzağa buraxmamalıdı. Lənkəranda oynamağımıza baxmayaraq, qələbə gözləyirik. Bütün komanda bu görüşün əhəmiyyətini başa düşür. Bizim hələ vəziyyəti yaxşılaşdırmaq imkanımız var. Xuan Fransisko istisna olmaqla, bütün futbolçular sıradadılar. İspaniyalı futbolçunun bu görüşdə iştirakı hələ sual altındadı”.