30 noyabr 2012 13:07
Qarabağ Neftçi ilə oyunun hazırlığına başladı
Topaz Premyer Liqasının 15-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” oyunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, dünən Suraxanı qəsəbə stadionunda yeganə çalışma ilə kifayətlənən “Qarabağ” bu gün axşam növbəti məşqə çıxacaq.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu dekabrın 2-də, saat 18:00-da 8-ci km qəsəbəsi stadionunda başlayacaq.
