1 dekabr 2012 19:44
Neftçinin rəqiblərindən biri xal itirdi, digəri darmadağın oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya və Serbiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin” və “Partizan” da növbəti matçına çıxıb.
Kazan təmsilçisi Premyer Liqanın 18-ci turu çərçivəsində səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. Kurban Berdıyevin komandası bu görüşdən 0:3 hesablı ağır məğlubiyyətlı ayrılıb. Bu komanda hazırda 31 xalla altıncı yerdə gedir.
Belqrad klubu isə Super Liqanın 15-ci turunda səfərdə “Spartak Zlatibor Voda” ilə üz-üzə gəlib. Vladimir Vermezoviçin komandası da qələbəyə həsrət qalıb. Onun komandası Markoviç (13) və Şkepoviçin (58) qolları ilə önə keçsə də, son dəqiqələrdə bu üstünlüyünü əldən verib və 2:2 hesabll heç-heçəyə razılaşıb. “Partizan” hazırda 37 xalla birinci yerdə gedir.
