30 noyabr 2012 13:34
Ramin Musayev: Mən belə bir çempionatın əleyhinəyəm!
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev MDB ölkələrinin klubları arasında yeni çempionatın keçirilməsi ideyasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qonşu ölkələrin mətbuatı çox şey yaza bilərlər. Amma mən belə bir turnirin keçirilməsinin əleyhinəyəm. Bizim kifayət qədər yaxşı çempionatımız var. Ola bilər ki, Birlik Kuboku kimi bir turnir keçirilsin. Lakin bunu daimi çempionata çevirmək... Azərbaycanda belə bir turnirdə iştirak edə biləcək 4-5 komanda tapmaq olar. Bəs qalanları necə olacaq? Axı onların hamısı eyni imkana malik deyillər”.