30 noyabr 2012 14:03
Rail Məlikov Super Liqa klubuna keçir
Futbol üzrə Azərbaycan yığmasının oyunçularından Rail Məlikov qışda iş yerini dəyişə bilər. Azerisport.az xəbər verir ki, hazırda Türkiyənin “Denizlispor” klubunda top qovan həmyerlimiz bu ölkənin digər klublarından birinə keçməyə hazırlaşır.
Söhbət “Gaziantepspor”dan gedir. Qaziantep təmsilçisi yığmamızın müdafiəçisini diqqət mərkəzində saxlayır. Mümkündü ki, qışda bu klubun rəhbərliyi “Denizlispor”la danışıqlara başlasın.
Maraq üçün bildirək ki, Rail hazırkı klubunda bir qayda olaraq əsas heyətdə meydana çıxır. Lakin həmyerlimiz daha güclü klublardan birinə keçməkdə maraqlıdı. “Gaziantepspor”un Super Liqada çıxış etməsi bu baxımdan Məlikov üçün irəliyə addım kimi dəyərləndirilə bilər. “Denizlispor” onun transferinə görə 1 milyon dollar tələb edir.
