30 noyabr 2012 14:24
Georgi Nikolov: Bu ideyanın baş tutacağına inanmıram
“İnter”in prezidenti Georgi Nikolov MDB ölkələrinin klubları arasında yeni turnirin keçirilməsi ideyasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu ideyanın baş tutacağına inanmıram. Ötən il Mərkəzi Avropa ölkələrinin klubları arasında turnir keçirilməsi ideyası yaranmışdı. Sofiya CSKA-sı Balkan turnirinin təşkilində maraqlı idi. Hətta məni də danışıqlara dəvət etmişdilər. Keçən il bu barədə danışmışam. Amma bu yöndə heç bir irəliləyiş olmadı. Çətin ki, olsun da. Belə regional turnirlərin taleyi o qədər də uzun olmur. Buna pessimist yanaşıram. UEFA-nın siyasəti buna imkan vermir”.