30 noyabr 2012 15:15
Eyni arenada, eyni saatda 6 məşq
Dekabrın 3-dən 5-dək Bakıda təşkil ediləcək təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının bütün məşqləri Bayıl stadionunda keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, bütün məşqlər KİV nümayəndələri üçün açıq olacaq.
Millinin məşq cədvəlini diqqətinizə çatdırırıq:
3 dekabr
Saat 10:30, 15:15
4 dekabr
Saat 10:30, 15:15
5 dekabr
Saat 10:30, 15:15
