30 noyabr 2012 16:02

Əfran İsmayılov: Qoy Kanales bombardir, Qarabağ da çempion olsun

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacaqları “Neftçi” ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?
- Baş məşqçi Qurban Qurbanov komandanı bu rəqiblə oyuna necə hazırlamaq lazım olduğunu yaxşı bilir. “Neftçi” ölkəmizdə ən yaxşı futbol sərgiləyən komandalardandı. Hər iki komandanı çətin oyun gözləyir. Qoy güclü qalib gəlsin. Şübhəsiz ki, güclü tərəf daha yaxşı oyun sərgiləyən komanda olacaq. Fikrimcə, bizim bu oyun öncəsi müəyyən üstünlüklərimiz var.
 
- Hansı üstünlüyü nəzərdə tutursunuz?
- Çünki qələbə bizə daha çox lazımdı. “Neftçi” isə hələ xal itirə bilər.
 
- Bu oyun “Qarabağ” üçün nəyi dəyişə bilər?
- Qazanacağımız üç xal turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdıracaq. Bu, eyni zamanda komandada öz gücünə inamı artıracaq. Axı “Neftçi” üzərində qələbə qazanmaq o qədər də asan başa gələn iş deyil.
 
- “Neftçi” ilə oyunda ilk növbədə Nikolas Kanalesi durdurmağınız lazım gələcək. Çünki o, son dövrlər yaxşı forma yığıb və qollarını sıralayır...
- Kanales yaxşı hücumçudu. Amma biz yalnız ondan ehtiyatlanmamalıyıq. Rəqibin hücum potensialı yalnız onunla məhdudlaşmır. Flavinyo, Julius Vobay kimi hər an oyunda dönüş yarada biləcək futbolçular da var.
 
- Bombardirlər cədvəlində ancaq legioner futbolçulara rast gəlmək olur. Bəs yerli futbolçular nə vaxt qol vurmağa başlayacaqlar?
- Mənim üçün komandanın uğuru daha önəmlidi, nəinki bombardirlik. Qoy Kanales bombardir olsun, amma “Qarabağ” qızıl medalları qazansın.
 
- Nə vaxt əsl Əfran İsmayılovu görə biləcəyik?
- Mən hələ öz üzərimdə işləməliyəm. Əvvəlki kimi oynamaq üçün çox çalışıram, istəyirəm. Ümid edirəm ki, “Kəpəz”lə oyunda vurduğum qolun sayı bundan sonra daha çox olacaq.
 
- “Neftçi”yə keçidinizlə bağlı bir müddət öncə yaranan narazılıq indi sizə problem yaratmır ki?
- Hər şey artıq geridə qalıb. “Qarabağ”ın futbolçusuyam və komandamın çempion olması üçün əlimdən gələni etməyə çalışıram.

 
- Yəqin ki, azarkeşlər qarşısında özünüzə bəraət qazanmağa da çalışırsız...
- Mən heç kimin qarşısında bəraət qazanmaq istəmirəm. Olan olubdu. Heç nəyə görə təəssüflənmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.