30 noyabr 2012 16:20
Vaqif Sadıqov Aqil Nəbiyevin gedişindən danışdı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Aqil Nəbiyevin komandadan getməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu barədə qərar klub rəhbərliyi ilə futbolçu arasındakı qarşılıqlı razılıq əsasında qəbul olunub. O, məşqçilər korpusuna da kömək edirdi, başqa futbolçularımız üçün də nümunə idi. Kubok oyununda onu meydana buraxmağı planlaşdırırdım. Sadəcə, zədəsi və psixoloji durumu buna imkan vermirdi. Nəbiyev komanda üçün az iş görməmişdi. Fikrimcə, o, başqa klubda özünü göstərmək şansına malikdi. Yeni iş yerində bu futbolçuya uğurlar arzulayıram”.