30 noyabr 2012 16:39
Karqbo Bakının əsas heyətinə qaytarıldı
“Bakı”nın müdafiəçisi İbrahim Karqbo əsas heyətə qaytarılıb. Azerisport.az xəbər verir ki, “Neftçi” ilə son turun oyununda (1:2) zəif çıxış etdiyinə və məğlubiyyətdə əsas günahkar hesab olunduğuna görə əvəzedici heyətə göndərilən syerra-leoneli futbolçu bağışlanıb.
Karqbo klub rəhbərliyi ilə görüşüb. Məhz bu görüşdən sonra baş məşqçi Bojidar Bandoviç yenidən onun əsas komandaya dönüşünə şərait yaradıb.
Böyük ehtimalla müdafiəçi növbəti turun “Qəbələ” ilə oyununda forma geyə biləcək.
