1 dekabr 2012 19:22
Atleticonun Azərbaycanla bağlı formasının təqdimatı oldu (FOTOLAR)
İspaniyanın “Atletico” (Madrid) klubu və Azərbaycan arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbir Visente Kalderon stadionunun VİP zalında baş tutub.
Mərasimə “Atletico”nun baş direktoru Migel Anxel Gil, Azərbaycanı isə ölkəmizin İspaniyadakı səfiri Altay Əfəndiyev təmsil edib. Tədbirdə klub rəsmisi üzərində “Land of fire Azərbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılmış “Atletico”nun formasını azərbaycanlı diplomata təqdim edib.
Xatırladaq ki, “Atletico” bu gün İspaniya çempionatında “Real”a qarşı keçiriləcək matçda məhz bu forma ilə çıxacaq.
