1 dekabr 2012 19:58
“Artıq uğurlu çıxış etməyin vaxtıdı”
“Kəpəz”in üzvü Nikolay Svejentsev qarşıdakı turda rəqibləri olan “Turan”la oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Svejentsev qarşıya qoyulan məqsəd barədə danışıb:
“Məşq prosesində oyuna ciddi hazırlaşmışıq. Turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Qələbəmiz azdır. Hücüm xəttində də bəxtimiz gətirmir. Bilirəm ki, “Turan”la oyunumuz qərb derbisi adlanır. Bunun özü də məsuliyyəti artırır. Bizi yalnız qələbə qazanmaq razı sala bilər. Səfərdə oynamağımızın da fərqi yoxdur. Çətin oyun olacaq. Komanda yoldaşlarımızla yığışıb söz vermişik ki, tezliklə bu qara zolaqdan çıxmalıyıq. Artıq uğurlu çıxış etməyin, qələbələri sıralamağın vaxtıdı”.
