1 dekabr 2012 20:07
Atleticonun baş direktoru Azərbaycanla əməkdaşlıqdan danışdı
İspaniyanın “Atletico” klubunun baş direktoru Migel Anxel Gil Marin üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) yazılan klub formasının təqdimat mərasimindəki çıxış edib. Azerisport.az xəbər verir ki, klub rəsmisi Azərbaycanla bundan sonra sıx əməkdaşlıq edəcəklərini bildirib:
“Bu gün həm bizim, həm də Madrid şəhəri üçün özəl gündü. Həm “Real”la derbi oyuna çıxacağıq, həm də yeni əməkdaşlıq müqaviləsini təqdim edirik. Biz öz beynəlxalq əlaqələrimizi möhkəmləndirməyə, markalarımızı inkişaf etməkdə olan bazarlara çıxarmağa çalışırıq. Bu mənada Azərbaycanla əməkdaşlığımız gələcəkdə də davam edəcək. Biz bu ölkədə “Atletico”nun akademiyasında hazırlıq prosesi keçmək üçün futbolçuların seçimi aparacağıq, həmçinin bir yoldaşlıq oyunu keçiriləcək. Bütün bu tədbirlərimizdə AFFA-dan da dəstək alacağıq. Bu bölgədə yalnız Azərbaycanla əməkdaşlıq edəcəyik”.
