1 dekabr 2012 11:36
İspaniya mətbuatı Azərbaycanı “ərəb ölkəsi” adlandırdı
Xəbər verdiyimiz kimi, İspaniyanın “Atletico” klubu bu gün La Liqanın 14-cü turu çərçivəsində “Real”la Madrid derbisinə Azərbaycanın “Land of Fire” reklamıyla çıxacaq. Azerisport.az xəbər verir ki, bu məsələ sözügedən ölkə mətbuatında geniş işıqlandırılıb.
Lakin bəzi mətbuat orqanları ölkəmizlə bağlı səhvə yol veriblər. Məsələ burasındadı ki, ispanlar Azərbaycanı “ərəb ölkəsi” adlandırıblar.
