1 dekabr 2012 12:03
“İnteri məğlub etməyə cəhd göstərəcəyik”
“Rəvan”ın argentinalı yarımmüdafiəçisi Kristian Torres Topaz Premyer Liqasının 15-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”lə oyuna nə dərəcədə hazırsız?
- Bizi çox çətin oyun gözləyir. Rəqib Premyer Liqanın lideridi. Əgər onlar bizi də məğlub etsələr, ilk altılıqdakı yerlərini demək olar ki, təmin edəcəklər. Biz isə ilk altılığa düşmək şanslarımızı saxlamaq üçün, mütləq bu görüşü qalib başa vurmalıyıq.

- Buna yetəcək gücünüz var?
- Son turda bizim “Qəbələ”ni də yenəcək gücümüz var idi. Amma hakimin bəzi qərarları və heyətimizdəki itkilər buna mane oldu. “Rəvan”ın o qədər də böyük ehtiyat qüvvəsi yoxdu. 1-2 zədəli və ya cəzalı futbolçu olan kimi, məşqçilər korpusu çətinliklə üzləşir. İndi isə heyətdə hər şey qaydasındadı. “Bankirlər”i məğlub etməyə cəhd göstərəcəyik.
- Hakimlər bu oyunda da sizə mane olmağa çalışsa, necə olacaq?
- Mən düşünmürəm ki, bizə qəsdən mane olurlar. Hakimlər də səhv edə bilərlər. Hansı ki, futbolçular da səhv buraxırlar. Sadəcə, ümid edirəm ki, “İnter”lə oyunda hakimlər belə səhvlərə yol verməyəcəklər.

- Bu komandanı necə məğlub etməyə hazırlaşırsız?
- Bunu etmək çox çətin olacaq. Onlar artıq neçə mövsümdü ki, sabit oyun sərgiləyirlər. Yəqin ki, onlar bu oyunda da qarşılarına maksimum vəzifə qoyublar. Amma biz birinci dövrədə “Neftçi”yə qarşı sərgilədiyimiz oyunda olduğu kimi, toparlana və maksimum diqqətli ola bilsək, 3 xal ala bilərik.
- “Rəvan” hələ ilk altılıqdan kənardadı. Sizcə, şansınız var?
- Bu mövsüm elə keçir ki, iki ardıcıl qələbə çox şeyi dəyişə bilər. Bizim klub hələ indiyə qədər ilk altılıqda çıxış etməyib. Lakin bu mövsüm artıq ikinci altılıqda oynamaq istəmirik.
- Bu mövsüm elə keçir ki, iki ardıcıl qələbə çox şeyi dəyişə bilər. Bizim klub hələ indiyə qədər ilk altılıqda çıxış etməyib. Lakin bu mövsüm artıq ikinci altılıqda oynamaq istəmirik.
- Birdən yenə də alınmadı. Onda necə?
- Deməli, komanda hələ buna hazır deyil.
- Deməli, nəyisə dəyişmək lazımdı...
- Bu, hər şeyin pis olduğu anlamına gəlməməlidi. Sadəcə, buna necə nail olmağın yollarını tapmaq lazımdı. Şübhəsiz ki, heyətdə dəyişikliklər də qaçılmazdı. Heç mən özüm də birinci dövrədən sonra komandada qalıb-qalmayacağımı 100 faiz bilmirəm. Rəhbərliyin hər qərarına hörmətlə yanaşmaq lazımdı.