2 dekabr 2012 19:49
İnter Neftçi ilə oyun öncəsi qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə İtaliya çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “İnter” də növbəti matçına çıxıb.
Belə ki, Milan təmsilçisi doğma divarlar arasında “Palermo” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə qolu qonaqların oyunçusu öz qapısından keçirib. Andrea Stramaççoninin komandası hazırda 31 xalla üçüncü yerdə gedir.
Qeyd edək ki, “İnter” dekabrın 6-da da “Neftçi”ni qəbul edəcək.
