1 dekabr 2012 12:30
Alispahiç: Rəvandakı inkişafı İnterlə oyunda görmək istəyirəm
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 15-ci turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi çox vacib oyun gözləyir. Bilirik ki, “İnter” necə komandadı və nəyə qadirdi. Lakin bizim də bu komandadan xal almaq şansımız var. Son iki ayda komandam yaxşı çalışıb. “Rəvan”da inkişaf var. Sərgilədiyimiz oyun xoşuma gəlir. Lakin bu inkişafın nəticəsini qarşıdakı oyunda görmək istəyirəm. Komandada əsas problem yorğunluqla bağlıdı. Son dövrlər tez-tez oyunlar keçiririk. “İnter”lə oyunda məğlubiyyətdən başqa istənilən nəticə bizi qane edəcək”.