2 dekabr 2012 00:28
Əfqan Talıbov: Bizim Kəpəzi məğlub edə biləcək gücümüz var
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 15-ci turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Tovuz təmsilçisinin çalışdırıcısı azerisport.az saytına müsahibəsində doğma meydanda keçirəcəkləri görüş ərəfəsində bunları dilə gətirib:
“Komandama “Xəzər Lənkəran”la kubok oyunundakı məğlubiyyətdən sonra özünü toparlamaq vacibdi. “Kəpəz”lə oyun ağır keçəcək. Çünki onlara da qələbə lazımdı. Gəncəlilərin heyətində heç də pis futbolçular çıxış etmir. Rəqibə böyük hörmətlə yanaşırıq. Lakin bizim “Kəpəz”i məğlub edə biləcək gücümüz var”.
