1 dekabr 2012 13:15
Böyükağa Hacıyev: Milan səfəri öncəsi Qarabağı məğlub etmək istəyirik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ”ın oyunu çox xoşuma gəlir və bunu həmişə demişəm. Əla futbol sərgiləyirlər. Qurban Qurbanov komandasına çoxlu yerli futbolçu yığıb. Bizim üçün çox ağır oyun olacaq. Lakin “Neftçi” meydana yalnız qələbə üçün çıxacaq. Milan səfəri öncəsi çempionatda qələbə qazanmaq istərdik”.